Benzin oktanı, yoxsa dizel setanı? Avtomobil dedikdə ilk olaraq ağlınıza nə gəlir? Məsələn, marka, model, mühərrik, rəng və ən əsası isə “yanacaq”. Çünki, hər şeydən əvvəl avtomobilinizin (elektriklə çalışan avtomobillər istisna olmaqla) hərəkəti məhz ondan asılıdır. Əvvəlki illərdən fərqli olaraq artıq ölkədə avtomobil seçərkən təkcə avtomobilin istehsal olunduğu ölkə və il, marka və modeli deyil, həm də onun mühərrikinin həcmi, eləcə də mühərrikin çalışdığı yanacaq avtomobil sahiblərini düşündürməkdədir. Başqa sözlə, yanacağın növü sürücülərin büdcəsinə təsir edirsə, onun keyfiyyəti avtomobilin ömrünü artırıb-azalda bilir.