• Nəqliyyat vasitəsi hansı hallarda müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanılır?

    Nəqliyyat vasitəsi hansı hallarda müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanılır?

    Yol hərəkəti iştirakçısı olaraq sürücülərin narahatçılığına, bəzən isə əsaslı narazıçılığına səbəb olan hallar meydana çıxır. Bu halların yaranmasına səbəb əksər hallarda sürücülərin yol hərəkətinə dair qanunvericilik normaları ilə tanış olmamasıdır. Bu səbəbdən, yol hərəkəti sahəsində maarifləndirmə məqsədilə bu bloqda nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaqlarda (praktiki dildə ifadə etsək “ştrafnoy”) saxlanılması halları barədə ətraflı məlumat verməyə çalışacağıq.

Yol hərəkəti iştirakçısı olaraq sürücülərin narahatçılığına, bəzən isə əsaslı narazıçılığına səbəb olan hallar meydana çıxır. Bu halların yaranmasına səbəb əksər hallarda sürücülərin yol hərəkətinə dair qanunvericilik normaları ilə tanış olmamasıdır. Bu səbəbdən, yol hərəkəti sahəsində maarifləndirmə məqsədilə bu bloqda nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaqlarda (praktiki dildə ifadə etsək “ştrafnoy”) saxlanılması halları barədə ətraflı məlumat verməyə çalışacağıq.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97-ci maddəsində nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaqlarda saxlanılması əsasları qeyd olunmuşdur. Həmin maddənin 1-ci hissəsinə görə, İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə olunan duracaqlarda saxlanılır.

İlk öncə, Məcəllənin 346.1 və 346.2-ci maddələrinə nəzər salaq:

Əgər sürücü dayanma və ya durma qaydalarını pozmuşsa və ya ona məxsus nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya avtobusun, tramvayın və trolleybusun dayanacaq yerlərini göstərən yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmış və ya durmuşsa, nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanılmaq üçün aparılır. Bu hal üçün sürücünün nəqliyyat vasitəsinin yanında olması nəqliyyat vasitəsinin duracağa aparılmasını istisna edir.

Yuxarıda qeyd olunanlarla yanaşı, nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanılmasının digər əsasları da mövcuddur. Belə ki, həmin Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə olunan duracaqlarda saxlanılır.

Həmin hallar aşağıdakılardan ibarətdir:

- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

- dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

- dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

- nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi və iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

- İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.

Xüsusən vurğulamaq istərdik ki, nəqliyyat vasitəsinin saxlanılması üçün iki nüsxədə tərtib olunan aktın bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilir və bunu tələb etmək sürücünün hüququdur.

Çalışın yol hərəkəti qaydalarını pozmayasınız, pozduğunuz təqdirdə isə hüquqlarınız barədə məlumatlı olmaq və öz hüquqlarınızı qanunvericilik çərçivəsində müdafiə etməyiniz tövsiyə olunur.

Məqaləni bəyəndinizsə paylaşın