• Minik avtomobillərini kuzovlar üzrə necə fərqləndirə bilərik?

    Minik avtomobillərini kuzovlar üzrə necə fərqləndirə bilərik?

    İlk avtomobil istehsalından hal hazırki dövrədək avtomobillərin istər iş mexanizmi, istərsə də konstruksiyalarında ciddi dəyişikliklər baş vermişdir. Avtomobillərdə aqreqatların, mexanizm və sistemlərin iş prinsipi eyni olmasına baxmayaraq, konstruksiyalarında inkişaf tempinə uyğun olaraq müxtəlifliyi görmək mümkündür.

Dünya iqtisadiyyatının sürətlə böyüyən və dinamik şəkildə dəyişən sahələrindən biri də heç şübhəsiz ki, avtomobil sənayesidir. İlk avtomobil istehsalından hal hazırki dövrədək avtomobillərin istər iş mexanizmi, istərsə də konstruksiyalarında ciddi dəyişikliklər baş vermişdir. Avtomobillərdə aqreqatların, mexanizm və sistemlərin iş prinsipi eyni olmasına baxmayaraq, konstruksiyalarında inkişaf tempinə uyğun olaraq müxtəlifliyi görmək mümkündür.

Xüsusən minik avtomobillərində bunu daha asan fərqləndirmək və kuzovlara görə bölgünü aparmaq olar. Başqa sözlə, kuzovun formasına vә qapıların sayına görә avtomobil kuzovlarının aşağıdakı tiplәri bir-birindәn fәrqlәndirilir:

Sedan – üç hәcmli (mühәrrik bölmәsi, sәrnişin salonu vә baqaj bölmәsi) bağlı, dörd qapılı, iki vә ya üç cәrgәli oturacağı olan (üçüncü cәrgә – qatlanan) kuzovdur;

Limuzin – üç hәcmli (mühәrrik bölmәsi, sәrnişin salonu vә baqaj bölmәsi) bağlı, dörd və ya daha çox qapılı, iki vә ya daha çox cәrgә oturacağı olan kuzovdur. Qabaq cәrgә oturacağının arxasında lazım gәldikdә sürücünü arxa sәrnişinlәrdәn ayıran, qalxa bilәn şüşә arakәsmә yerlәşdirilir;

Kupe – üç hәcmli (mühәrrik bölmәsi, sәrnişin salonu vә baqaj bölmәsi) bağlı, iki qapılı, iki vә ya üç cәrgә oturacağı olan kuzovdur. Arxa oturacağa keçmәk üçün qabaq oturacağı qatlamaq lazım olduğundan sәrnişinlәrin minib düşmә şәraitini pislәşdirir;

Kabriolet - üç hәcmli (mühәrrik bölmәsi, sәrnişin salonu vә baqaj bölmәsi) açıq, iki və ya dörd qapılı, iki vә ya üç cәrgә oturacağı olan kuzov. Arxa oturacağa keçmәk üçün qabaq oturacağı qatlamaq lazım olduğundan sәrnişinlәrin minib düşmә şәraitini pislәşdirir;

Universal – iki hәcmli (mühәrrik bölmәsi, yük-sәrnişin salonu) bağlı, beş qapılı, iki və ya daha çox cәrgәli oturacağı olan kuzov. Әlavә qapı kuzovun arxa divarında olur. Arxa cәrgә oturacaq yığışdırıldıqda baqaj bölmәsi böyüyür vә nәticәdә kuzov yük-sәrnişin bölmәsinә çevrilir;

Xetçbek (kombi) – iki hәcmli (mühәrrik bölmәsi, yük-sәrnişin salonu) bağlı, üç vә ya beş qapılı kuzov. Әlavә qapı kuzovun arxa divarında olur vә aerodinamikanı artırmaq üçün maili yerlәşdirilir. Arxa cәrgә oturacaq yığışdırıldıqda baqaj bölmәsinin sahәsi böyüyür;

Pikap - üç hәcmli (mühәrrik bölmәsi, sәrnişin salonu vә açıq baqaj bölmәsi) bağlı, iki və ya dörd qapılı, iki vә ya üç cәrgәli oturacağı olan kuzovdur.

 

Məqaləni bəyəndinizsə paylaşın