• Benzin oktanı, yoxsa dizel setanı?

    Benzin oktanı, yoxsa dizel setanı?

    Avtomobil dedikdə ilk olaraq ağlınıza nə gəlir? Məsələn, marka, model, mühərrik, rəng və ən əsası isə “yanacaq”. Çünki, hər şeydən əvvəl avtomobilinizin (elektriklə çalışan avtomobillər istisna olmaqla) hərəkəti məhz ondan asılıdır. Əvvəlki illərdən fərqli olaraq artıq ölkədə avtomobil seçərkən təkcə avtomobilin istehsal olunduğu ölkə və il, marka və modeli deyil, həm də onun mühərrikinin həcmi, eləcə də mühərrikin çalışdığı yanacaq avtomobil sahiblərini düşündürməkdədir. Başqa sözlə, yanacağın növü sürücülərin büdcəsinə təsir edirsə, onun keyfiyyəti avtomobilin ömrünü artırıb-azalda bilir.

 

Avtomobil dedikdə ilk olaraq ağlınıza nə gəlir?

Məsələn, marka, model, mühərrik, rəng və ən əsası isə “yanacaq”. Çünki, hər şeydən əvvəl avtomobilinizin (elektriklə çalışan avtomobillər istisna olmaqla) hərəkəti məhz ondan asılıdır. Əvvəlki illərdən fərqli olaraq artıq ölkədə avtomobil seçərkən təkcə avtomobilin istehsal olunduğu ölkə və il, marka və modeli deyil, həm də onun mühərrikinin həcmi, eləcə də mühərrikin çalışdığı yanacaq avtomobil sahiblərini düşündürməkdədir. Başqa sözlə, yanacağın növü sürücülərin büdcəsinə təsir edirsə, onun keyfiyyəti avtomobilin ömrünü artırıb-azalda bilir.

Benzində oktan ədədi:

Respublikamızda hal-hazırda daha çox Aİ-92, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinləri istehlak edilir. Benzin markalarındakı A hərfi onun məhz avtomobil benzini olduğunu, rəqəm həmin benzinin oktan ədədininin motor üsulu ilə, ikinci hərf isə oktan ədədinin tədqiqat üsulu ilə müəyyən edildiyini göstərir. Buxarlanma qabiliyyətinə görə benzinlər yay və qış benzinlərinə ayrılır.

Oktan ədədi benzinin əsas xarakteristikası olub, izooktanın (C8H18) adı ilə bağlıdır. İzooktan, detonasiyaya davamlılığı yüksək olan (şərti olaraq onun oktan ədədi 100 vahid qəbul edilir) yanacaqdır. Ona görə də maye yanacaqların detonasiyaya davamlılığı izooktanla müqayisə olunur. Detonasiyaya davamlılığı ən aşağı olan n-heptanın (C7H16) oktan ədədi isə sıfır götürülür. Yanacağın oktan ədədi, detonasiyaya davamlılığına görə onunla eyni olan izooktan-heptan etalon qarışığındakı izooktanın faizlə miqdarına deyilir.

Avtomobil benzinlərinin və digər yanacaqların oktan ədədi laboratoriya şəraitində dövlət standartlarına uyğun olaraq motor və tədqiqat üsulları ilə təyin edilir.

Dizeldə setan ədədi:

Dizel mühərriklərində işlədilən yanacaqlar əsasən neft emalının ağır məhsulları hesab olunur. Son illər ərzində əsas yanacaq növü olan benzində baş vermiş qiymət artımı da ölkədə dizel mühərrikli avtomobillərin satışını və dolayısıyla, dizel yanacağına olan tələbatı da artırmışdır. Avtomobil və traktor dizel mühərrikləri üçün yanacaqlar isə neftin birbaşa distillə yolu ilə emalının hidrotəmizlənmiş fraksiyasiyalarına katalitik krekinq nəticəsində alınan yüngül qazoylun əlavə edilməsi yolu ilə istehsal olunur.

Dizel yanacağının özüalışma qabiliyyəti setan ədədi (SƏ) ilə qiymətləndirilir. Yanacağın setan ədədi, həmin yanacağı etalon qarışığın özüalışma xassəsi ilə müqayisə etməklə təyin edilir. Etalon qarışıq asan özüalışan setandan (C16H34) və çətin özüalışan aromatik karbohidrogenlər sırasının nümayəndəsi olan -metilnaftalindən (C11H10) düzəldilir. Etalon qarışığın tərkibindəki həmin birləşmələri müxtəlif nisbətlərdə götürməklə, setan ədədinin 0100 qiymətlərini almaq olar. Sınanan yanacaq özüalışma xassəsinə görə götürülmüş etalon qarışıqla eyni olduqda, qarışığın tərkibindəki setanın faizi yoxlanılan yanacağın setan ədədi hesab edilir. Müasir dizel mühərriklərində istifadə edilən yanacağın setan ədədi 4555 hədlərində olur.

Eyni zamanda, dizel yanacağının setan ədədi yüksəldikcə, mühərrikin işəsalma xassələri yaxşılaşır. Setan ədədi yanacağın karbohidrogen tərkibindən asılıdır. Normal parafin karbohidrogenləri ən yüksək setan ədədinə malikdirlər. Aromatik karbohidrogenlər isə əksinə, ən aşağı setan ədədinə malikdirlər. Yanacağın qaynama temperaturu yüksəldikcə, onun setan ədədi də yüksəlir.

Dizel və ya benzinlə qidalanmasından asılı olmayaraq, mühərrikiniz heç zaman sizi yolda qoymasın.

Məqaləni bəyəndinizsə paylaşın